Bakı. Trend:
Yaponiyanın Baş Naziri Şiqeru İşiba, ölkəsinin ABŞ-yəinvestisiyalarını 1 trilyon dollara çatdırmağa hazır olduğunubildirib.
Trend-inməlumatına görə, İşiba bu bəyanatı Vaşinqtonda, Amerika PrezidentiDonald Trampla birgə keçirdikləri mətbuat konfransında verib.
O, "Bu gün mən Yaponiyanın ABŞ-yə sərmayəsini görünməmiş 1trilyon dollara çatdırmaq üçün Prezident Donald Trampla birgəişləməyə hazır olduğumu bildirdim" deyib.
İşiba həmçinin, süni intellekt və yarımkeçiricilər istehsalıkimi sahələrdə ABŞ-Yaponiya əməkdaşlığını "daha yüksək səviyyəyə"çıxarmaq üçün Prezident Trampla razılaşdığını vurğulayıb.