Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Rayo Valyekano” doğma meydanda “Valyadolid”lə üz-üzə gəlib. Bu görüşün taleyini bir qol həll edib. Meydan sahibləri yekunda 3 xala seviniblər.
23-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İspaniya, La Liqa
23-cü tur
7 fevral
Rayo Valyekano – Valyadolid 1:0
Qol: A.Qarsiya, 71.
8 fevral
17:00. Selta – Betis
19:15. Atletik – Jirona
21:30. Las Palmas – Vilyarreal
00:00. Real – Atletiko
9 fevral
17:00. Alaves – Xetafe
19:15. Valensiya – Leqanes
21:30. Real Sosyedad – Espanyol
00:00. Sevilya – Barselona
10 fevral
00:00. Malyorka – Osasuna