Bu gün futbol üzrə İngiltərə Kubokunun 2024/2025-ci illər mövsümünün 1/16 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mərhələnin açılış matçında “Mançester Yunayted” doğma meydanda “Lester Siti” ilə qarşılaşıb. “Qırmızı şeytanlar” bu matçdan çətin qələbə ilə ayrılmaqla ilk 1/8 finalçı olublar.
İngiltərə Kubokunun 1/16 final mərhələsinin qalan oyunları 8-11 fevral aralığında keçiriləcək.
İngiltərə Kuboku
1/16 final
7 fevral
Mançester Yunayted – Lester Siti 2:1
Qollar: Zirkze, 68. Maquayr, 90+3 – De Kordova, 42.
8 fevral
16:15. Lids – Milluol
16:15. Leyton Orient – Mançester Siti
19:00. Koventri Siti – İpsviç Taun
19:00. Everton – Bornmut
19:00. Preston – Uikomb
19:00. Sauthempton – Börnli
19:00. Stok Siti – Kardiff Siti
19:00. Uiqan – Fulhem
21:45. Birmingem Siti- Nyukasl
00:00. Brayton – Çelsi
9 fevral
16:30. Bləkbörn – Vulverhempton
19:00. Plimut – Liverpul
21:35. Aston Villa – Tottenhem
10 fevral
23:45. Donkaster – Kristal Pelas
11 fevral
00:00. Ekseter Siti – Nottingem Forest