Bakı. Trend:
Burundinin qərbində bir məktəbə ildırım düşməsi nəticəsində azı3 nəfər ölüb, 16 nəfər yaralanıb.
Trend-inməlumatına görə, bu barədə Sinxua agentliyi xəbər yayıb. HadisəMusiqati rayonunda baş verib. Rayon rəhbəri Yoahim Nduvumukamahadisə ilə bağlı bildirib ki, ildırım vuranların ümumi sayı 19nəfərdir, onlardan 18-i məktəbli və bir müəllimdir.
"Üç uşaq yerindəcə ölüb, qalanları yaralanıb, əksəriyyətininvəziyyəti ağırdır" - deyə o, agentliyə açıqlama verib.
İldırım dərs gününün ortasında baş verib və bütün zərərçəkənlərxəstəxanaya çatdırılıb.