EN

Anasının 140 minlik qızılını oğurlayıb 8 dollara SATDI

Çində qız anasının 140 min dollar dəyərində zinət əşyalarını oğurlayıb və sırğa almaq üçün onu cəmi 8 dollara satıb.

Demokratikmusavat.comxəbər verir ki, qızın anası qızıl-zinət əşyalarının yoxa çıxması barədə polisə müraciət edib. Qadının dediyinə görə, oğurlanan əşyalar arasında nefrit bilərziklər, boyunbağılar və digər qiymətli əşyalar da olub. Lakin qızı onların əsl dəyərini bilməyərək saxta olduğunu düşünüb və mağazaya satıb.

"Ona pulun nə üçün lazım olduğunu soruşdum və o, kiminsə çox bəyəndiyi dodaq pirsinq etdirdiyini gördüyünü söylədi. O, özünə sırğalar da almaq istəyirdi", - çinli qadın bildirib.

Məmurlar hadisəni tam öyrəndikdən sonra zinət əşyalarını qaytarmağa razı olan mağaza sahibi ilə əlaqə saxlayıb.

Hadisə yerli sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi anaya rəğbətini ifadə etsə də, bəziləri uşağın müdafiəsinə qalxıb. (Lent.az)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources