EN

"Mançester Siti" EPL-i məhkəməyə verib

Bakı. Trend:

İngiltərənin "Mançester Siti" futbol klubu İngiltərə PremyerLiqasını (EPL) əlaqəli tərəflərlə alqı-satqı məsələsinə görəməhkəməyə verib.

Trend xəbər verirki, bu barədə "The Times" qəzetinin jurnalisti Mett Loutton "X"sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Mançester Siti" Premyer Liqanın idarə heyətini ayrı-seçkilikdəittiham edərək əlaqəli tərəflərlə sövdələşmə ilə bağlı ikinci dəfəməhkəməyə müraciət edib. İddia qaldırılmasının səbəbi klublarınkomanda sahibləri ilə əlaqəli şirkətlərlə sövdələşməsini qadağanedən qayda olub. "Mançester Siti" bunu Körfəz ölkələrindən olansahiblərə qarşı diskriminasiya adlandırıb.

Dinləmədə liqanın ilkin qaydalarının Böyük Britaniyanın rəqabətqanununu pozduğu və klublar üzərində hakim mövqeyindən sui-istifadəetdiyi müəyyən edilib. Qaydalar qeyri-qanuni hesab olunub, liqanın"Mançester Siti" ilə iki sponsorluq müqaviləsi ilə bağlı qərarlarisə ləğv edilib. Eyni zamanda, klubun müraciətlərinin əksəriyyətirədd edilib.

Chosen
12
3
az.trend.az

4Sources