EN

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb

Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.

APA xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
13
7
apa.az

10Sources