EN

“Porsche” böhranın qarşısını almağa çalışır

Bakı. Trend:

Almaniyanın tanınmış avtomobil istehsalçısı “Porsche” ölkənindigər avtomobil istehsalçıları kimi böhranla üz-üzədir.

Trend xəbər verirki, bu barədə “Tagesschau” məlumat yayıb.

Şirkət rəhbərliyi gəlirlərin azalmasının qarşısını almaq üçünmüəyyən tədbirləri həyata keçirməyi planlaşdırır. “Volkswagen”şirkətlər qrupuna daxil olan “Porsche” qənaət və investisiyaproqramını həyata keçirməklə böhranın qarşısını almağa çalışır. Sondövrlərdə elektrikli idman avtomobillərinin satışlarının zəifləməsifonunda “Porsche” daxili yanma mühərrikləri və ya plug-in hibridmühərriklərlə təchiz edilən avtomobillərin istehsalını yenidəngenişləndirmək istəyir.

Bundan əlavə, şirkətin strukturunda da dəyişikliklərin edilməsiplanlaşdırılır. “Porsche” şirkəti ötən həftə rəhbərlikdədəyişikliklər olunacağını, vitse-prezident və maliyyə direktoru,eləcə də satış üzrə direktor ilə yolları ayıracağını açıqlamışdı.Buna əsas olaraq, xüsusilə Çin bazarında keçən il zəifgöstəricilərin qeydə alınması göstərilib. Belə ki, 2024-cü ildəÇində cəmi 56 min 887 avtomobil satılıb ki, bu da 2023-cü illəmüqayisədə 30 faizdən çox azalma deməkdir.

Qeyd edək ki, “Porsche” və “Audi” “Volkswagen” qrupunun əngəlirli markalarıdır. Lakin son vaxtlar “Audi” ciddi problemlərləüzləşib. “Volkswagen” konserni isə 2024-cü ildə artıq iki dəfəmənfəət proqnozunu aşağı salmağa məcbur olub.

Chosen
44
3
az.trend.az

5Sources