ABŞ prezidenti Donald Tramp dövlət xərclərində israfçılığın qarşısını almaq üçün İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinə rəhbər təyin edib. Tramp bu yaxınlarda İlon Maska ABŞ Müdafiə Nazirliyini (Pentaqon) yoxlamaq səlahiyyəti verib. Bu səlahiyyətlə Mask Pentaqonun xərclərinə nəzarət edə biləcək.
ABŞ prezidenti Donald Tramp dövlət xərclərini balanslaşdırmaq və israfçılığın qarşısını almaq üçün İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edib.
Bir neçə hökumətə bağlı təşkilatın büdcəsini kəsən Maska Tramp daha böyük tapşırıq verib. Donald Tramp son açıqlamasında İlon Maska ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təftiş tapşırığını verdiyini təsdiqləyib.
Verilən səlahiyyət çərçivəsində İlon Mask Pentaqonun xərclərinə nəzarət edəcək. Mask həm də Təhsil Departamentinə nəzarət etmək səlahiyyəti əldə etdi.