EN

Alyaskada yoxa çıxan təyyarədən xəbər var

Dünən Alyaskada radarların ekranından itən və göyərtəsində 10 nəfərin olduğu təyyarədən xəbər var.

Hava gəmisinin göyərtəsində olanların hamısı həlak olub.

Xilasedicilər təyyarənin qalıqlarını Nom şəhərinin 54 km cənub-şərqində, sahildən 19 km aralıda aşkarlayıblar. Sahil xidməti araşdırma işləri aparmaqdan ötrü iki xilasedici dalğıcı cəlb edib.

Xatırladaq ki, "Cessna 208B Grand Caravan" bir mühərrikli təyyarə Alyaskada yoxa çıxmışdı. Onun göyərtəsində doqquz sərnişin və bir pilot olub.

Mənbə: oxu.az

Chosen
26
2
oxu.az

3Sources