EN

Şəbnəm “Instagram”dakı reklam qiymətini açıqladı

““Youtube” kanalımın 1 milyon 700 min izləyicisi var. “YouTube” 2019-cu ildə mənə “gümüş düymə” göndərib. 2022-ci ildə isə “qızıl düymə” verib”.

OLAY yazır ki, bu sözləri Şəbnəm Tovuzlu qonaq olduğu “Elcanlı” verilişində deyib.

Sənətçi bildirib ki, “Instagram” səhifəsindəki paylaşımının qiyməti 2000 manatdır:

“Həm “YouTube” kanalım həm də “Instagram” səhifəm reklam baxımından bütün yutuber, tiktokçulardan, sənət doslarımın səhifələrindən də birincidir. “Instagram” səhifəmi 3 milyon 400 min izləyicisi var. Təbii ki, məndə öz səhifəmdə reklam paylaşıram. Misal üçün “Instagram” səhifəmdəki hekayə bölümündə reklamı 2000 manata yayımlayıram. Əslində səhifəm reklam yox müğənni səhifəsidir. Mən reklamlara baxıb sonra paylaşıram. 4-5 aydan nələrisə səhifəmdə reklam edirəm. Heç zaman geyimlərimi və sairə səhifəmdə barter üsulu ilə reklam etmirəm. Hansısa şirkətlər olur onlar öz məhsulunu reklam etmək istəyirlər məndə öz səhifəmdə pul qarşılığında paylaşıram”.

Chosen
55
2
olay.az

10Sources