EN

NATO Rusiya döyüş təyyarələrinin qarşısını aldı

NATO Hava Komandanlığından verilən açıqlamaya görə, Şimal qütbünə yaxın ərazidə patrul uçuşu həyata keçirən F-35-lər Rusiyanın Sukhoi (Su-27) döyüş təyyarələrinin qarşısını alıb.

Turkustan.az xəbər verir ki, Rusiyanın TU-95 bombardmançı təyyarəsini qoruyan Su-27 qırıcıları NATO hava məkanına yaxınlaşanda Norveç F-35 qırıcıları hərəkətə keçib. Rusiya təyyarələrinin NATO hava məkanına girməməsi üçün onların qarşısını alan F-35-lər bir müddət onları müşayiət edərək patrul xidmətini davam etdirib.

NATO-nun verdiyi açıqlamada Şimal qütbünün və onun ətrafının fərqli xüsusiyyətləri vurğulanıb və orada hava patrullarının davam etdirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
14
turkustan.az

1Sources