Bakı. Trend:
Hesabat ili ərzində Rəyasət Heyətinə 1 116 şikayət daxil olub.Bunlardan 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %)iş üzrə isə intizam icraatı başlanılmayıb. İntizam icraatıbaşlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlətorqanlarından, 11 (6 %) qeyri-dövlət təşkilatlarından və 127 (69 %)isə fiziki və hüquqi şəxslərdən daxil olub.
Trend xəbərverir ki, bu məlumat Vəkillər Kollegiyasının 2024-cü il üzrəfəaliyyəti barədə hesabatda öz əksini tapıb.
Həmçinin, intizam icraatları üzrə Vəkillər KollegiyasınınRəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib.
Belə ki, 41 (20 %) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq,11 (6 %) irad, 34 (17 %) töhmət, 55 (27 %) pozuntu müəyyənolunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarlaintizam icraatına xitam vermə, 32 (16 %) qiymət verilməsinin mümkünolmaması, 12 (6 %) vəkillik fəaliyyətinin müəyyən müddətədayandırılması, 17 (8 %) iş üzrə üzvlükdən xaric olunma iləəlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb.
Hesabat ili ərzində isə Vəkillərin İntizam Komissiyasının 16iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatınabaxılaraq rəy qəbul edilib.