Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 6-sı saat 01 radələrində, rayonun Şilavar kəndində baş verib.
Belə ki, Nəhmətov Ehtibar İbrahim oğlu şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla arvadı-1978-ci il təvəllüdlü Nəhmətova Təranə Qurbanəli qızını vuraraq xəsarət yetirib.
Faktla bağlı CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ehtibar Nəhmətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.