EN

ABŞ məhkəməsindən Trampa sərt reaksiya

ABŞ məhkəməsi ölkə Prezidenti Donald Tramp administrasiyasının Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi planının bəzi aspektlərini dayandıraraq qurumun məcburi məzuniyyətə göndərilmiş təxminən 2 min 700 əməkdaşına müvəqqəti olaraq işə qayıtmağa icazə verib.

Bu barədə "Cebheinfo.az" "Associated Press"ə istinadən xəbər verir.

Tramp tərəfindən təyin edilmiş ABŞ Dairə hakimi Karl Nikols, həmçinin administrasiyanın xaricdə çalışan USAID işçilərini qəfil məzuniyyətə göndərmək və onlara ailələri ilə birlikdə cəmi 30 gün ərzində ABŞ-ə qayıtmaq üçün hökumət hesabına köçmək məcburiyyətini yaradan əmri də bloklamağa razılıq verib.

Dairə hakimi qeyd edib ki, bu addımlar ABŞ işçilərini, onların həyat yoldaşlarını və uşaqlarını lazımsız risk və maliyyə yükü ilə üz-üzə qoyardı.

Nikols vurğulayıb ki, Tramp administrasiyası agentliyin və onun xaricdəki proqramlarını bağlamağa tələssə də, bəzi işçilərin hökumət e-poçt sistemindən və digər vacib rabitə vasitələrindən ayrılması onları sağlamlıq və təhlükəsizliklə bağlı fövqəladə hallarda ABŞ hökuməti ilə əlaqə saxlamaq imkanından məhrum edib.

Xatırladaq ki, USAID-in Yaxın Şərq və digər bölgələrdəki podratçıları qəfil maaşsız məzuniyyətə göndərildikdə, onların mobil telefonlarındakı “həyəcan düyməsi” tətbiqlərinin ya silindiyini, ya da bloklandığını aşkar ediblər.

Chosen
41
cebheinfo.az

1Sources