EN

Şolts ABŞ-yə xəbərdarlıq edib

Avropa Komissiyası buna bir neçə saat ərzində reaksiya verəcək.

ABŞ prezidenti Donald Tramp Avropa mallarına rüsumların tətbiqi ilə bağlı qərar çıxarsa, Avropa Komissiyası buna bir neçə saat ərzində reaksiya verəcək.

Operativ Media xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts RND telekanalına verdiyi müsahibədə bildirib.

“ABŞ belə bir addım atsa (rüsumların tətbiqi ilə bağlı – red.) Avropa Komissiyası bir neçə saat ərzində bun reaksiya verə biləcək”, - deyə o vurğulayıb.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqının ABŞ ilə münasibətlərdə zərurət yarandıqda öz maraqlarını müdafiə edə biləcəyini dilə gətirmişdi.

Xatırladaq ki, fevralın 3-də ABŞ administrasiyasının Avropa İttifaqından olan malların idxalına 10 faizlik rüsumun tətbiqinin mümkünlüyünü nəzərdən keçirdiyi haqda məlumat yayılmışdı.

Chosen
45
30
operativmedia.az

10Sources