EN

Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının açılışı olub (FOTO)

Bakı. Trend:

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən özqapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalıiştirakçılarının üzünə açıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin,Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilkdəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı 2009-cuildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq MusiqiFestivalının davamı olaraq sənətsevərləri yenidən bir arayagətirib.

Trend xəbərverir ki, fevralın 7-də axşam saatlarında “Qış nağılı” BeynəlxalqMusiqi Festivalının təntənəli açılış mərasimi olub.

Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə festivalıntəşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərinqonaqları iştirak ediblər.

Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəriFərhad Bədəlbəyli çıxış edərək, ilk dəfə təşkil edilən Qəbələ “Qışnağılı” Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçünəlamətdar hadisə olduğunu qeyd edib, festivala uğurlararzulayıb.

Fərhad Bədəlbəyli deyib: “Bu kimi festivalların keçirilməsiölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Xarici dövlətlərdən təşrifbuyuran qonaqlar, festival iştirakçıları ölkəmizin mədəniyyəti,incəsənəti ilə birbaşa tanış olurlar. Musiqinin gücü o qədərqüdrətli və sərhədsizdir ki, bu festivalda dünyanın müxtəlifölkələrindən gələn məşhur solistlər və ansamblların ifası ilə bizmənəvi yaxınlığımızı hiss edirik. Festivalın əsas məqsədi də bundanibarətdir. Ölkəmizdə keçirilən möhtəşəm mədəniyyət layihələrinəxüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərintəşəkkürümüzü bildiririk”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə çıxışındamusiqisevərləri əlamətdar gün münasibətilə təbrik edərək deyib:“Hər zaman Qəbələ şəhərinə dünyanın bir çox ölkələrindən səyyahlar,tarixçilər, alimlər, mədəniyyət xadimləri səyahət edir, buranınfüsunkar təbiətinə valeh olurlar. 2009-cu ildən ənənəvi olaraqkeçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı hər il dünyanınmüxtəlif yerlərindən istedadlı musiqiçiləri bir məkanda birləşdirirvə tamaşaçılara yüksək zövqlü və peşəkar ifalar bəxş edir. Festivalbu il mövsümü dəyişərək tamaşaçılara “Qış nağılı” əhvali-ruhiyyəsiyaşadacaq. 2025-ci ildə mədəniyyət gündəliyinə bu festivalla startvermək rəmzi məna daşıyır. Çünki 2025-ci il Azərbaycan musiqitarixi üçün çox əlamətdar bir ildir. Bu il Azərbaycan professionalmusiqisinin banisi, milli peşəkar bəstəkarlıq məktəbininyaradıcısı, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar ÜzeyirHacıbəylinin 140 illiyidir. Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev bir neçə gün öncə artıq bununla bağlı Sərəncamimzalayıb. Ölkəmizdə il ərzində həyata keçiriləcək musiqilayihələri Üzeyir bəyin yaratdığı irsə olan ehtiramımızı ifadəedəcək”.

Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrının Simfonik Orkestrinin iştirakı ilə “VivaOpera” adlı konsert proqramı təqdim olunub. Əməkdar artist Fuadİbrahimovun dirijorluğu ilə keçən konsertin əvvəlində ÜzeyirHacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səsləndirilib.Konsertdə P.Maskanyi, C.Verdi, C.Puççini, U.Cordano, R.Leonkavallo,A.Ponkyelli, A.Katalaninin operalarından ariyalar ifa olunub.Solistlər Vanessa Qoykoeçea Aqorriya (soprano, İspaniya), SercioVitale (bariton, İtaliya) və Yusif Eyvazovun (tenor, Azərbaycan)ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalınınproqramı çox zəngindir. Musiqisevərlər festival günlərində BakıKamera Orkestrinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird vətələbələrinin, “Qaytağı” instrumental ansamblının, Almaniya vəRusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya”, Polşanın“Glassduo” ansambllarının maraqlı konsert proqramlarından zövqalacaq, Azərbaycanın və xarici ölkələrdən gələn tanınmış ifaçılarınçıxışlarını izləmək imkanı əldə edəcəklər. Festivalda klassikmusiqi ilə yanaşı, vokal və kamera musiqisi axşamları da təşkilolunacaq.

Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Chosen
24
6
az.trend.az

8Sources