EN

Azərbaycanda ötən il 12 vəkilin fəaliyyəti dayandırılıb

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillərlə bağlı 1 116 şikayət daxil olub.

 

Senzor.az bildirir ki, Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatda belə deyilir.

 

Bildirilib ki, bu şikayətlərdən 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb: "İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11-i (6 %) qeyri-dövlət təşkilatlarından, 127-si (69 %) isə fiziki və hüquqi şəxslərdən daxil olub".

 

Məlumata görə, intizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib.

 

"Belə ki, 41 (20 %) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11 (6 %) irad, 34 (17 %) töhmət, 55 (27 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32 (16 %) qiymət verilməsinin mümkün olmaması, 12 (6 %) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17 (8 %) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb".

 

Ötən il Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.

Chosen
22
20
senzor.az

10Sources