"Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi Ümummilli Lider Heydər Əliyev olan Milli Konstitusiyanın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunur. Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburu köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur. Dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si ölkəmizdə "Dövlət Suverenliyi Günü" elan edilib. Bütün bu qalibiyyət ilə rəsmi Bakı dünyada yeni reallıqların müəllifi kimi tanınır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31