EN

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb

Azərbaycanda hazırda 2 min 503 vəkil fəaliyyət göstərir.

AzNews.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, bunlardan 2 min 3 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2 min 34 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir:

"Vəkilliyə test üsulu ilə qəbulun 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfədən çox artıb".

Bildirilib ki, 2024-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 15 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. İxtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 911 namizəd iştirak edib və 377 nəfər müvəffəqiyyət qazanıb.

Chosen
98
27
aznews.az

10Sources