EN

İsraildə fələstinli məhbusların azad edilməsinə başlanılıb

İsrail Həbsxana Xidməti Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların qaytarılması ilə bağlı razılaşma çərçivəsində fələstinli məhbusların azad edilməsi prosesinə başlayıb. 

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, məhbuslar “Ofer” həbsxanasından çıxarılır və avtobuslara yerləşdirilir, onlar azadlıqlarına qovuşacaqları yerlərə çatdırılacaqlar. 

Qeyd edək ki, bu gün Qəzza zolağında saxlanılan 3 israilli girovun qaytarılması müqabilində 183 fələstinli məhbus İsrail həbsxanalarından azad edilməlidir.

Chosen
20
11
missiya.az

10Sources