EN

Tramp Zelenski ilə bu şəhərdə görüşəcək

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Vaşinqtonda Volodimir Zelenski ilə görüşməyi düşünür. 

Olaylar.az xəbər verir ki, görüşün gələn həftə keçirilməsi nəzərdə tutulur. 

Bu barədə Ağ Evdə Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə danışıqlardan əvvəl mediaya açıqlamasında deyib.

"Çox güman ki, mən gələn həftə prezident Zelenski ilə görüşəcəm və bəlkə də prezident Putinlə danışacam", - Tramp bildirib.

Tramp bildirib ki, Zelenski ilə istənilən vaxt görüşməyə hazırdır və Ukraynaya getməyəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
138
9
olaylar.az

10Sources