Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin 1649-u ilə bağlı təhqiqat aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı statistikada bildirilib.
Qeyd edilib ki, yanğın hadisələri zamanı 40 nəfər həlak olub, 210 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2%, xəsarət alanlar üzrə 42 nəfər və ya 25% çoxdur.