EN

Azərbaycanın hərbi dənizçiləri AMAN-25 çoxmillətli təlimi və dialoqunda iştirak edir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Pakistanın Karaçi şəhərində keçirilən AMAN-25 çoxmillətli dəniz təlimi və AMAN Dialoqunda iştirak edir

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən HDQ komandanları və qərargah rəisləri, sahil mühafizəsi komandirləri və yüksək səviyyəli liderlərin regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk AMAN Dialoqunda ölkəmizi HDQ komandanının birinci müavini – qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.

Liman və dəniz fazalarından ibarət olan 9-cu çoxmillətli təlimdə (AMAN-25) isə Azərbaycan HDQ-nin 6 nəfərdən ibarət sualtı hücum və sualtı müdafiə qrupları plana uyğun müvafiq tapşırıqları icra edəcək.

Qeyd edək ki, “Sülh naminə birlikdə” şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb.

Sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən AMAN-25 çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

3d166ef82df1a82065ec12127902c2ca

f724a35e61c785085e91387d1289191c

974482e6744c773f99fff278df52d6e7

Chosen
11
29
poliqon.az

10Sources