Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Keçid küçəsi adlanan ərazisində "BMW" və "Hyundai" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində yaralıların olduğu bildirilir.
Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, "BMW" markalı nəqliyyat vasitəsi yol ayrıcında "Hyundai" markalı nəqliyyat vasitəsinə yol verməyərək onun qarşısına çıxıb. Nəticədə belə bir hadisə baş verib.
Eltac Zülfüqaroğlu