EN

USAID xaos yaradan media orqanları və QHT-lərin əsas sponsorudur - DEPUTATIN RƏYİ

Prezident Donald Trampın ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırması gözlənilən idi. Çünki D.Trampın prezidentliyinin birinci dövründə bu təşkilatla bağlı mövqeyi nikbin deyildi.

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

"Tramp həmişə təşkilatın xərclərinin ABŞ-nin maraqlarına cavab vermədiyi qənaətində olub. Bu dəfə isə artıq açıq və sərt şəkildə "radikal dəlilər tərəfindən idarə olunan" USAID-in cinayətkar təşkilat olduğu təsdiqini tapır. Tramp USAID-i ölkə büdcəsindən əsassız olaraq böyük məbləğdə pul “yeyən” struktur hesab edir".

Deputat qeyd edib ki, hazırda USAID-in əsl mahiyyəti çox dəqiqliklə ifşa olunur:

"Agentliyin düzgün icra olunmayan və ya gözlənilən nəticəni verməyən müqavilələrinin ləğvindən əldə edilən qənaət 110 milyon dollara çatıb. Bağlanan proqramlar arasında mediaya, jurnalistlərə və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi də daxildir. Demokratlar Partiyası haqqında bir neçə müsbət məqaləyə görə “Politico”ya 8 milyon dolların ödənməsi vergi ödəyiciləri hesabına edilən və ABŞ-nin yeni hakimiyyəti tərəfindən qəzəblə qarşılanan investisiyanın tərkib hissəsidir. Geniş mənada söhbət siyasi proseslərə, o cümlədən müxtəlif səviyyələrdə seçkilərə, vətəndaş cəmiyyəti institutlarına qrantların paylanması yolu ilə təsir etmək cəhdlərindən gedir".

AzNews.az

Chosen
33
1
aznews.az

6Sources