1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi - dünya bazarı üçün əsas indikatorlardan biri - 50%-dən aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) məlumat yayıb.
Bildirilib ki, ehtiyatların cari səviyyəsi 49.95% təşkil edir. Bununla belə, Avropadakı havanı ekstremal soyuq adlandırmaq olmaz, o, iqlim normasına uyğundur.
Qeyd edək ki, Avropada qazın indiki qiymət səviyyəsi artıq min kubmetrə görə 600 dollar civarındadır.