Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, Rusiya Dövlət Dumasının deputatları Azərbaycan diaspor təşkilatlarının bağlanması üçün çağırış edib, azərbaycanlı miqrantları ölkədən deportasiya etməyi, qanuni oturum almış azərbaycanlıları kommissarlıqlara çağıraraq müharibə göndərməyi təklif edirlər:
"Bütün bunlar insan haqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan əsilli biznesmenlərə məhdudiyyətlərin qoyulması üçün çağırış edirlər. Azərbaycan əsilli olsalar da, onlar Rusiya vətəndaşlarıdırlar. Onlar illər boyu Rusiyada yaşayıb, yaradıb, Rusiya dövlət büdcəsinə vergi verir, iqtisadiyyatın güclənməsinə töhfə verirlər. Valuyevin etdiyi çağırışlar onun təfəkkürünün tam yerində olmadığının göstəricisidir".
Deputat qeyd edib ki, bütün bunlar informasiya hücumudur:
"İnformasiya hücumu Kremlindən verilmiş tapşırığa əsasən olan kampaniyadır. Biz bu kampaniyanı həm dövlət dumasında, həm də mətbuatda görürük. Bu hücumların arxasınsa Azərbaycan təyyarəsinin vurulmasına görə bizim öz haqqımızı tələb etməyimiz dayanır. Rusiya belə məsələlərdə ondan təzminat, üzr tələb edilməsinə öyrəşməyib. Azərbaycan isə beynəlxalq hüququ hər şeydən üstün tutan ölkədir. Təyyarə qəzaya uğrayan ilk gündən beynəlxalq kommissiyanın yaradılmasına təşəbbüs göstərildi, digər ölkələrdən olan ekspertlərlə araşdırma aparıldı. Nəticədə məlum oldu ki, təyyarəmiz Rusiya hava məkanında, Rusiya HHM tərəfindən vurulub. Rusiyanın hərbi təşkilatları ilə mülki təşkilatları arasında koordinasiyanın olmaması, öz işlərinə məsuliyyətsiz yanaşması nəticəsində təyyarəmiz qəzaya uğradı. Hadisənin qəsdən vurulduğunu demirik, ancaq Rusiya məsuliyyət daşıyır. Belə çirkin kampaniyalara əl atmaq yerinə, öz günahlarını etiraf etsinlər, Azərbaycanın haqqı olan təzminatı ödəsinlər".
Əfsanə Kamal
Demokrat.az
10Sources
-
demokrat.azDeputat: "Rusiyalı deputatların dediklərinin arxasında Kremlin tapşırığı dayanır" ( 15340737)
-
demokrat.az"Nikolay Valuyev sözünü geri götürüb, Azərbaycan xalqından üzr istəməlidir" — Deputat ( 15340647)
-
demokrat.azDeputat:"Nikolay Valuyev sözünü geri götürüb, Azərbaycan xalqından üzr istəməlidir" ( 15340617)
-
demokrat.azDeputat: "Rusiyalı deputatlarının dediklərinin arxasında Kremlin tapşırığı dayanır" ( 15340109)
-
xezernews.azXİN-dən “Rus Evi” ilə bağlı daha bir... - AÇIQLAMA ( 15324897)
-
sfera.az""Rus evi" mədəniyyət mərkəzi deyil, başqa ölkələrə məxsus mədəniyyət evlərinin isə..." - Deputat ( 15319401)
-
bizim.mediaPeskovdan Bakıdakı Rus Evinin bağlanmasına REAKSİYA – “Anlaşılmazlıq...” ( 15318679)
-
xalqqazeti.azAzərbaycan “Rus evi” ilə bağlı Rusiyaya nota verdi ( 15310021)
-
oxumeni.azXİN: Azərbaycanda “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib ( 15304237)
-
baku.newsAzərbaycan “Rus Evi” ilə bağlı Rusiyaya nota verdi ( 15303097)