Bu il övladlığa nə qədər uşaq verilib? – Açıqlandı
2025-ci ilin yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq isə himayədar ailəyə verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ümumilikdə övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib.