EN

Trampa qarşı məhkəmə iddialarının sayı artır

San-Fransisko da daxil olmaqla bir sıra şəhərlər və əyalətlər ABŞ prezidenti Donald Trampın administrasiyasına qarşı yeni immiqrasiya siyasətləri ilə bağlı iddia qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə San-Fransisko şəhərinin prokuroru David Çiu bildirib.

Onun sözlərinə görə, hazırkı administrasiyanın hərəkətləri şəhəri maliyyədən məhrum etmək məqsədi daşıyır və bunlar qanunsuzdur.

İddia Santa Klara və Kinq qraflıqları, həmçinin Portlend və Nyu-Heven şəhərləri tərəfindən qaldırılır. Beləliklə, onlar İmmiqrasiya və Gömrük Mühafizəsinə (ICE) miqrantları deportasiya etməyə kömək etmək niyyətində deyillər.

Chosen
31
1
publika.az

10Sources