EN

Koreyalı dirijor Jong-hun Bae və Dövlət Kamera Orkestrinin müşayiəti ilə gözəl musiqi gecəsi baş tutdu – VİDEO - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Koreyalı dirijor Jong-hun Bae və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə gözəl musiqi gecəsi baş tutdu.

İlk dəfə bizim səhnədə çıxış edən Jong-hun Bae özünəməxsus, orijinal ifaçılıq üslubu təqdim etdi. Orkestr ilə dirijor arasındakı vəhdət əsərlərin böyük ustalıqla nümayiş olunmasına dəlalət edir. ​​​​​​​​Proqramda Q.Qarayevin "Yeddi gözəl" baletindən fraqmentlər, F.Əmirovun "Nizami" simfoniyası, P.İ.Çaykovskinin simli tərkib üçün serenadası (C-dur, op.48) səsləndi. Azərbaycan bəstəkar yaradıcılığından olan əsərlərin ifası zamanı Maestro yüksək peşəkarlıq göstərdi.

Xüsusilə qeyd etməliyik ki, bizim musiqininin dərinliyinə varmaq, onun dahiliyini duymaq üçün tək professionallıq kifayət etmir, eyni zamanda emosional hazırlıq və təcrübə də olduqca vacibdir. ​​​​Belə ki, Jong-hun Bae tərəfindən ilhamlanan orkestrin parlaq çıxışı hərarətli tamaşaçı alqışları ilə sona çatdı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
14
milli.az

1Sources