EN

Azərbaycanda yeni milli komanda yaradılır?

Azərbaycanda yeni milli komandanın yaradılması ilə bağlı qərar qəbul ediləcək.

Demokrat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Federasiyadan saytımıza bildirildiyinə görə, rəhbərlik U-14-ün formalaşdırılması ideyası üzərində dayanıb.

Bura AFFA-nın təşkil etdiyi U-13 Liqasında özünü yaxşı tərəfdən göstərən futbolçular cəlb olunacaqlar.

U-14 yığmasının ərsəyə gətirilməsinin məğzində perspektivli uşaq və yeniyetmələrin keçid dövründə gözdən itməsinin qarşısını almaq, onları üst yaş qrupları üzrə millilərə ötürməkdir.

Chosen
37
10
demokrat.az

10Sources