EN

“Paşinyanın mövqeyi Ermənistanı ittifaqdan çıxarmayacaq”- Naqif Həmzəyev

"Nikol Paşinyanın üzvlüklə bağlı fikri Ermənistanın Avrasiya İqtisadi İttifaqından kənarlaşdırılmasını sürətləndirməyəcək."

Milli Məclisin üzvü Naqif Həmzəyev bunu News365.az-a deyib.

"Paşinyanın Avropa İttifaqının siyasətini açıq şəkildə dəstəkləməsi və referendum keçirmək niyyəti Ermənistanın Avrasiya İqtisadi Birliyindən tezliklə uzaqlaşdırılmasına səbəb olmayacaq. Çünki hazırda Rusiya müəyyən dərəcədə Ermənistan iqtisadiyyatına və oradakı şirkətlərə bağlıdır. Faktiki olaraq, Ermənistan şirkətləri sanksiyalardan yayınmaq prosesində aktiv iştirak edir.

Maraqlıdır ki, Qərb ölkələri, şirkətləri və təşkilatları buna göz yumurlar. Əgər eyni addımı Gürcüstan, Azərbaycan, Özbəkistan və ya başqa bir ölkə atsa idi, onlara qarşı dərhal sanksiyalar tətbiq edilərdi."- deyə fikirlərini bildirib. 

News365.az

Chosen
49
news365.az

1Sources