EN

Gürcüstan Milli Bankına ilk dəfə qadın rəhbər təyin edildi

Gürcüstan Milli Bankının rəhbəri vəzifəsini icra edən Natia Turnava rəsmi olaraq onun prezidenti təyin edilib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, müvafiq qərarı Gürcüstan prezidenti Mixeil Kavelaşvili imzalayıb.

Turnava 2023-cü ilin iyun ayından Milli Bankın rəhbəri vəzifəsini icra edir. O, 2022-ci ilin iyununda Milli Bank Şurasına seçilib.

2014-cü ildə Böyük Britaniyanın Kembric Universitetini bitirərək Biznesin İdarəedilməsi üzrə Magistr dərəcəsi alıb.

1994-1996-cı illərdə Gürcüstan Siyasi Elmlər İnstitutunda aparıcı elmi işçi kimi çalışıb, həmçinin Gürcüstan universitetlərində müxtəlif iqtisadi fənlərdən mühazirələr oxuyub.

1997-2000-ci illərdə Gürcüstan hökumətində dövlət müşaviri, maliyyə və büdcə siyasəti departamentinin rəis müavini, iqtisadi xidmət rəhbərinin müavini, prezidentin parlament katibi vəzifəsini icra edib.

2000-2005-ci illərdə Gürcüstanın iqtisadiyyat nazirinin birinci müavini vəzifəsində çalışıb.

2005-ci ilin mayında o, Gürcüstan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

2005-ci ilin sentyabrından 2006-cı ilin noyabrınadək o, Gürcüstan iqtisadiyyat nazirinin birinci müavini vəzifəsində çalışıb.

Turnava 2013-cü ilin avqustundan 2018-ci ilin sentyabrına qədər Gürcüstanın dövlətə məxsus Tərəfdaşlıq Fondunun icraçı direktorunun müavini olub.

2018-ci ilin sentyabrından 2019-cu ilin aprelinə qədər o, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini vəzifəsini tutub.

2019-cu ilin aprelində o, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri təyin edilib və 2022-ci ilin fevralında bu vəzifəni tərk edib.

"Cebheinfo.az"

Chosen
72
6
cebheinfo.az

7Sources