EN

Qazaxıstanda Türk Mədəniyyəti və İrsi Fondunun “Divani Lüğat Ət-Türk” Beynəlxalq Sərgisinin açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

7 fevral 2025-ci il tarixində, Qazaxıstanda Türk Mədəniyyəti vəİrsi Fondunun ikinci Şura Toplantısı çərçivəsində Türk Mədəniyyətivə İrsi Fondunun TİKA və Türk Dünyası Fondunun birgə əməkdaşlığıçərçivəsində təşkil olunan “Divani Lüğat ət-Türk” beynəlxalqsərginin açılış mərasimi keçirilib.

Trend xəbərverir ki, tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsiFondunun prezidenti Aktotı Raimkulova, əsərin Türk dünyasınıbirləşdirən əsas açar rolunu oynadığını bildirib: “Böyük alimMahmud Kaşğarinin XI əsrdə yaratdığı “Divani lüğat ət-türk” sadəcəədəbi abidə deyil, türk xalqlarının kimliyinin, mədəniyyətimizin,adət-ənənələrimizin əksidir. Nəsillər arasındakı əlaqənisimvollaşdırır”.

Sərginin açılışında Azərbaycan Respublikasının Mədəniyyət naziriAdil Kərimli, Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri AidaBalayeva, Qazaxıstan Respublikasının Xarici İşlər nazirinin müaviniAlibek Bakayev, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya,İdman və Gənclər Siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova,Türkiyənin Astanadakı səfiri Mustafa Kapucu, Türk DövlətləriTəşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və TürkAkademiyasının prezidenti Şahin Mustafayevlə yanaşı, çox saydaqonaq və media nümayəndələri iştirak edib.

Sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri MahmudKaşğarinin əsəri “Divani Lüğat ət-Türk”ün 950 illiyinə həsr olunub.Bu möhtəşəm sərgi çərçivəsində türkdilli xalqların zəngin mədəniirsini, dil və ədəbiyyatını əks etdirən nadir eksponatlar, tarixiəlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinədiqqət çəkən əşyalar təqdim edilib. “Divani Lüğat ət-Türk”dənilhamlanan modelyer Ezgi Karayelin xüsusi dizayn etdiyi qadın vəkişi geyimləri də ziyarətçilər üçün sərgilənib.

Xatırladaq ki, “Divanü lüğat-it türk” əsərinin yaranmasının 950illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunacaq yubileylərsiyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsiFondu tərəfindən 13 dekabr 2024-cü il tarixində Parisdə,YUNESKO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyadaxəritələşdirməsi: Divanü lüğat-it türk əsərinin 950 illik yubileyi”adlı beynəlxalq konfrans və sərgi təşkil olunub.

Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Qazaxıstanda
Chosen
75
3
az.trend.az

5Sources