EN

Avtomobildən oğurluq edən şəxs saxlanıldı

Bakı. Trend:

Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində“Mercedes” markalı avtomobildən 1150 manat pul oğurlanması barədəpolisə məlumat daxil olub.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlıO.İbrahimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
38
4
az.trend.az

5Sources