EN

Suriya lideri Almaniyaya rəsmi səfərə dəvət edildi

Suriya Prezidenti Əhməd əş-Şaraa Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsdan rəsmi səfər üçün dəvət alıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Suriya Prezidentinin administrasiyasından Şoltsla telefon danışığından sonra açıqlama verilib.

“Əhməd əş-Şaraa tezliklə Almaniyaya səfər etmək üçün dəvət alıb” açıqlamada deyilir.

Təxminən bir saat davam edən telefon danışığı zamanı Şolts Suriya xalqını dekabr ayında devrilmiş keçmiş prezident Bəşər Əsəd rejiminin sona çatması münasibətilə təbrik edib.

Chosen
21
cebheinfo.az

1Sources