EN

Ansu Fati İstanbul nəhənglərinin hansında oynayacaq? -SON DURUM

"Barselona"nın futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, 22 yaşlı vingerlə "Beşiktaş" və "Fənərbağça" maraqlanır. "Ağ-qaralar"ın bu transferdə daha israrlı olduqları bildirilib.

Qeyd edək ki, Türkiyədə qış transfer dönəmi fevralın 11-də başa çatacaq. İspaniyalı oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Chosen
28
6
fanat.az

9Sources