EN

Altı məntəqədə nəticələr saxtalaşdırılıb - Seçki sənədləri Baş Prokurorluğa təqdim ediləcək

Bakı. Trend:

56 saylı Xaçmaz-Şabran dairə seçki məntəqəsinindən şikayətlədaxil olan protokollarda qeyd edilən səslərlə rəsmi nəticələrarasında uyğunsuzluq var.

Trend xəbərverir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçiriləniclasında Komissiya üzvü Baxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, 52 saylı seçki məntəqəsindən daxil olan şikayətdətəqdim edilən protokollarında namizədin 117, rəsmi nəticələrdə isə17 səs topladığı göstərilib:

"24 saylı seçki məntəqəsindən Könül Abdullayevanın protokolda110, rəsmi nəticələrdə isə 10 səs topladığı göstərilib.

Namizəd Gülbala Məlikovun protokolda 200, rəsmi nəticələrdə isə2 səs topladığı qeyd edilib".

O qeyd edib ki, ümumilikdə 6 məntəqədə nəticələrsaxtalaşdırılıb:

“Müraciət edilmiş şəxslər tərəfindən araşdırmaya təqdim edilmiş56 saylı Xaçmaz-Şabran dairə seçki dairəsinin Rəhimli bələdiyyəsinəseçkilər keçirilən 24, 52, 53 məntəqələrində səsvermənin nəticələrihaqqında protokolların müvafiq məlumatları saxtalaşdırmasıhallarının mövcud olmasına əsaslı şübhələr yaranması ilə bağlımüvafiq seçki subyektlərinin əməlində cinayət tərkibininolub-olmamasın müəyyən edilməsi üçün seçki sənədləri BaşProkurorluğa təqdim ediləcək”.

Chosen
31
10
az.trend.az

10Sources