EN

Körpənizin zəkasını artırmaq üçün hamiləlikdə nələr etməlisiniz?

Körpənizin zəkasını artırmaq üçün hamiləlikdə

Körpənin sağlam beyin inkişafı üçün ana namizədi əvvəlcə lazımi tibbi müayinələrdən keçməli, vitamin çatışmazlıqları varsa, müalicəyə başlamalıdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, fol turşusu qəbul etmək beyin və sinir sistemi inkişafını dəstəkləyir və hamiləlikdən 3 ay əvvəl istifadəyə başlanmalıdır.

Hamiləlik zamanı nə etməlisiniz?

Balanslı qidalanma və omeqa-3 yağ turşularının (balıq, qoz, yumurta) rasiona daxil edilməsi beyin inkişafına müsbət təsir göstərir.

Körpənizlə danışmaq, ona musiqi dinlətmək və sevginizi göstərmək emosional və intellektual inkişafına kömək edir.

Doğuşdan sonra nə etməlisiniz?

Dəri təması körpənin sinir hüceyrələri arasında əlaqəni gücləndirir və onu rahatlaşdırır.

Onunla hər fürsətdə danışmaq, yeni sözlər öyrətmək və onun reaksiyalarına cavab vermək beynin öyrənmə qabiliyyətini artırır.

Körpəniz xoşbəxt və təhlükəsiz hiss etdikdə beyni daha aktiv inkişaf edir, buna görə onu qucaqlamaq və ehtiyaclarını vaxtında qarşılamaq vacibdir.

Unutmayın, intellektual inkişaf yalnız elmi biliklərlə deyil, eyni zamanda sevgi və diqqətlə də formalaşır.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
34
e-saglam.az

1Sources