1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Paytaxt ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalarla həmin şəxsə ev satılması adı ilə 80 000 manatının aldadılaraq ələ keçirilməsi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Ş.Balakişiyev və 42 yaşlı R.Səfərəliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.