Mingəçevirdən Şuşaya ilk avtobus reysi bu gün fəaliyyətə başlayıb.
Mingəçevirdən Şuşaya ilk avtobus reysi bu gün fəaliyyətə başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Qeyd edək ki, biletləri yalnız www.biletim.az portalından əldə etmək mümkündür.
Reyslər hər gün Mingəçevirdən Şuşaya saat 08:00-da, Şuşadan Mingəçevirə isə saat 16:00-da yola düşür.
Aralıq məntəqələri və biletlərin qiymətləri aşağıdakı kimidir:
Mingəçevir – Xocalı → 4,50 AZN
Mingəçevir – Xankəndi → 5,00 AZN
Mingəçevir – Şuşa → 5,50 AZN
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə giriş üçün icazələrin olması mütləqdir.