EN

"Barselona" Şesni ilə müqaviləni uzatmağa yaxındı

"Barselona" qapıçısı Voyçex Şesni ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

90deqiqe.Az "Sport.es"ə istinadən xəbər verir ki, polşalı futbolçu ilə əmək müqaviləsinin uzadılması ilə bağlı yekun qərar cari mövsümün sonunda veriləcək.

34 yaşlı qolkiper Mark-Andre ter Ştegen zədəsini sağaldıqdan sonra ehtiyat qapıçı oynasa belə, daha bir mövsüm Kataloniya klubunda qalmağa hazırdır.

Şesninin ailəsi ilə birlikdə İspaniyada xoşbəx olduğu vurğulanır. Komandada dostluq münasibətləri olan polşalı hücumçu Robert Levandovskinin olması da Şesniyə təsir edir.

Təcrübəli oyunçu ötən ilin oktyabrında Blauqranaya qoşulmuşdu. Bu müddət ərzində o, bütün turnirlərdə səkkiz oyun keçirib, dörd qapını təmiz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Chosen
34
90deqiqe.az

1Sources