EN

Baltikyanı ölkələr Rusiya və Belarusdan elektrik təchizatını dayandırıb

Bakı. Trend:

Baltikyanı ölkələr bu gündən etibarən öz elektrik şəbəkələriniBRELL (Belarus, Rusiya, Estoniya, Latviya, Litvanı) enerjisistemindən çıxarıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, sistemi bu ölkələrin elektrik şəbəkəsiilə birləşdirən Litva və Rusiya (Kalininqrad vilayəti) arasındakeçən elektrik ötürücü xətləri keçirilib.

Ardınca isə Litva ilə Belarus və Latviya ilə Rusiya arasındakıxətlər bağlanıb. Ən sonda isə Estoniya ilə Rusiyanın enerjişəbəkələrini birləşdirən yüksək gərginlikli xətlər söndürülüb.

Məlumatda o da qeyd olunur ki, Baltikyanı ölkələrin elektrikşəbəkələrinin ayrılması istehlakçılara təsir etməyib və onlarınenerji sistemləri sabit şəkildə işləyir.

Şənbə və bazar gününün birinci yarısı ərzində Estoniya, Latviyavə Litvanın elektrik şəbəkəsi operatorları "Elering", AST və"Litgrid" Qərb və Şərq arasında enerji "adası" rejimində işləməsınaqları keçirəcəklər. Bu dövrdə elektrik enerjisinə olan tələbatyerli elektrik stansiyalarının istehsal etdiyi, həmçinin,Estoniya–Finlandiya və Litva–İsveç elektrik ötürücü xətlərivasitəsilə əldə olunan elektrik enerjisi hesabına ödəniləcək.

Bazar günü günorta saatlarından sonra Baltikyanı ölkələrinenerji sistemləri Avropanın elektrik təchizat sisteminə inteqrasiyaoluancaq.

Məqalədə:
Chosen
14
11
az.trend.az

10Sources