EN

Ölmədən öz qəbrini qazdı - VİDEO

Türkiyənin Amasya mahalının Suluova rayonundan olan 78 yaşlı vətəndaş ölməzdən əvvəl özünə məzar qazıb.

SeherXeber.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, Salucu kəndində həyat yoldaşı ilə yaşayan Ahmet Karabela deyib ki, ölümündən sonra insanlara zəhmət vermək istəmir.

Qəbrini həssaslıqla hazırlayan qoca həmçinin ölümündən sonra morqa aparılmamağı və muxtarın onu yumasını istəyib.

Yaşadığı kənddə kimsə öləndə məzar qazanların başında gələn Karabela öz məzarı haqqında bunları deyib:

"Hər adam belə qəbir qaza bilməz. Allah mənə güc verib. Məzarımda gecələri də gəlib yatıram. Çünki bura mənim məkanımdır. Allah qismət etsə, məni burada basdırsınlar".

Billurə

 

Chosen
50
4
seherxeber.org

5Sources