İngiltərə Kubokunun dördüncü mərhələsinin oyunları keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, "Mançester Yunayted" bu turda doğma meydanda "Lester Siti"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Mançester Siti" səfərdə "Leyton Orient"in qonağı olub. Bu görüşdə də "şəhərlilər" oxşar hesabla qalib gəlib.