EN

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? AÇIQLAMA/VİDEO

Bir neçə gündür ki, ölkə ərazisində yağıntılı və küləkli hava müşahidə olunur. Bəzi yerlərə yağış, dağlıq rayonlara isə qar yağıb.

Xezerxeber.az-ın məlumatına görə, yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada 19, Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xankəndidə 4 santimetr olub.

Milli Hidrometeorologiya Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, qeyri-sabit hava fevralın 10-na kimi davam edəcək. Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi fevralın 9-da səhər saatlarından tədricən zəifləyəcək.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, fevralın 10-da bölgələrdə də havanın nisbətən sabitləşəcəyi gözlənilir.

Xidmətdən o da bildirilib ki, gözlənilən hava ilə bağlı gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
37
xezerxeber.az

1Sources