EN

Dəhşətli TƏYYARƏ QƏZASI: Bütün sərnişinlər HƏLAK OLDU

ABŞ-ın Alyaska ştatında “Bering Air” aviaşirkətinə məxsus “Cessna 208 Caravan” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 9 sərnişin və 1 pilot həyatını itirib.

”Bakuinfo” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, hadisə fevralın 7-də Unalaklit və Nom şəhərləri arasında uçuş həyata keçirən zaman baş verib. Təyyarə enişə az qalmış Alyaska körfəzi üzərində olarkən radarlardan itib. Ertəsi gün xilasedicilər təyyarənin qalıqlarını tapıblar.

Rəsmi qurumlar qəzanın səbəblərini araşdırır. Mütəxəssislər hava şəraitinin qəza ilə əlaqəli olub-olmadığını öyrənmək üçün təhlillər aparır.

Qeyd edək ki, bu, son iki həftə ərzində ABŞ ərazisində ölüm halları ilə nəticələnən üçüncü aviasiya qəzasıdır.

Chosen
35427
1
bakuinfo.net

2Sources