![Yarıçılpaq](https://ulusum.az/uploads/posts/2025-02/8c6a0d5b92_def8a8dc-e62f-11ef-b53d-02420a0000c9_1024.webp)
Femen qrupunun yarıçılpaq aktivisti Madriddə Avropa Parlamentində "Avropanın Vətənpərvərləri" fraksiyasını formalaşdırmış sağ-mühafizəkar partiyaların liderlərinin iştirak etdiyi mitinqi pozmağa cəhd edib, El Diario qəzeti xəbər verir. “Ulusum”.az-ın məlumatina görə, Tədbirdə Macarıstanın Baş naziri Viktor Orban və Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyası lideri Marin Le Pen çıxış ediblər.Aktivist tədbirin keçirildiyi otelin zalına daxil olub, lakin təhlükəsizlik xidməti əməkdaşları tərəfindən dərhal saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları onun şəxsiyyətini müəyyənləşdirir. Jurnalistlərə həmin ərazidə çəkiliş aparmaq qadağan edilib.Görüş "Avropanı yenidən möhtəşəm edək" şüarı altında keçirilib ki, bu da ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının şüarı ilə oxşarlıq təşkil edir. Tədbir iştirakçıları çıxışlarını ənənəvi dəyərlərin müdafiəsinə həsr ediblər.Səidə
Diqqət Çəkənlər
Şişkinlik və ağırlıq: Kimə müraciət edim?
FHN: Ötən gün 9 nəfər xilas edilib
Çində torpaq sürüşməsi: Onlarla itkin var