EN

Çörəyin içindən siqaret kötüyü çıxdı - Foto

Bakıda sexlərdən birindən hazırlanan 65 qəpiklik çörəyin içindən siqaret kötüyü çıxıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Yusif Məhəmmədoğlu sosial şəbəkə hesabında paylaşıb.

Məhsulun qablaşdırıldığı kağızın üzərində Bakı şəhəri, Nizami rayonu, A.Manafov 20 ünvanında yerləşən sexdə hazırlandığı qeyd olunub.

“Qarabağ Azərbaycandır” çörək zavodunun istehsalı olan məhsul “Ruzi” supermarketdən alınıb.

Chosen
21
axar.az

1Sources